Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda Novruz yarmarkası keçirilib

19 mart 2026 | 17:13

Novruz Bayramı münasibətilə Oğuz rayonunun Kərimli kəndində təşkil olunan bayram yarmarkası sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Bayram ərəfəsində keçirilən bu cür tədbirlər həm əhalinin sosial rifahının yaxşılaşdırılmasına, həm də bazarlarda qiymətlərin müəyyən qədər tənzimlənməsinə müsbət təsir göstərir.

Yarmarkada yerli fermerlər və istehsalçılar tərəfindən yetişdirilən müxtəlif kənd təsərrüfatı məhsulları – tərəvəz, meyvə, ət və süd məhsulları geniş çeşiddə alıcılara təqdim olunub. Məhsulların bazar qiymətlərindən daha ucuz satılması sakinlərin büdcəsinə qənaət etməyə imkan yaradıb və xüsusilə aztəminatlı ailələr üçün əlverişli şərait formalaşdırıb.

Belə yarmarkaların keçirilməsi eyni zamanda yerli kənd təsərrüfatının inkişafına dəstək verir, fermerlər üçün əlavə satış imkanı yaradır və istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqənin qurulmasına şərait yaradır. Bu da nəticə etibarilə regionda iqtisadi fəallığın artmasına və sosial həmrəyliyin güclənməsinə xidmət edir.

Keçidlər