Oğuzda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilmişdir
18 may 2026-cı il tarixdə Oğuz Rayon İcra Hakimiyyətinin və Oğuz Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər tərəfindən şagirdlərə və iştirakçılara narkomaniyanın cəmiyyətə və insan sağlamlığına vurduğu ciddi zərərlər barədə ətraflı məlumat verilmiş, gənclərin zərərli vərdişlərdən uzaq durmasının vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın, xüsusilə də gənc nəslin sağlam gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Çıxışlar zamanı sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili, idman və maarifləndirici tədbirlərin gənclərin inkişafında rolu diqqətə çatdırılmış, maarifləndirici bukletlər paylanılmışdır. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Sonda iştirakçılar narkomaniyaya qarşı birgə mübarizənin vacibliyini qeyd edərək belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulamışlar.







