Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda “Milli Biznesin İnkişafı Forumu” keçirilib

10 oktyabr 2025 | 13:04

Oğuz Rayon İcra Hakimiyyətinin ev sahibliyi və “Caspian Energy Club”-un təşkilatçılığı ilə 09 oktyabr 2025-ci il tarixdə Oğuz rayonunda “Milli Biznesin İnkişafı Forumu” keçirilib.
Forumda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, “Caspian Energy Club” İdarə Heyətinin sədri və baş icraçı direktoru Telman Əliyev, bir sıra dövlət qurumlarının nümayəndələri, müxtəlif şirkət rəhbərləri və fərdi sahibkarlar iştirak ediblər.
Tədbir Oğuz Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilib. Forum “Caspian Energy Club”un İdarə Heyətinin sədri və baş icraçı direktoru Telman Əliyevin açılış nitqi ilə başlayıb. Daha sonra Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək iştirakçıları salamlayıb, Oğuz rayonunun sahibkarlıq və investisiya potensialı barədə məlumat verib.
Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov qeyd edib ki, bu kimi görüşlər dövlət və özəl sektor arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi, yeni ideyaların və investisiya təşəbbüslərinin reallaşması baxımından mühüm əhəmiyyət daşıyır. O, bu təşəbbüsləri ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional inkişaf siyasətinin uğurlu davamı kimi qiymətləndirib.
Rayon rəhbəri, həmçinin, Oğuz rayonunda turizmin inkişafının sürətləndirilməsi və sahibkarların bu sahəyə cəlb olunması məqsədilə Oğuz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən “Oğuz Turizmin İnkişafı Konsepsiyası”nın hazırlandığını iştirakçıların diqqətinə çatdırıb.
Forum çərçivəsində “Caspian Energy Club” üzvləri, eləcə də müxtəlif şirkət və qurumların nümayəndələri fəaliyyət istiqamətləri barədə məlumat veriblər, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Görüşün sonunda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və “Caspian Energy Club”un İdarə Heyətinin sədri və baş icraçı direktoru Telman Əliyev bir neçə şirkət rəhbərinə sertifikat və təşəkkürnamələr təqdim ediblər.
Tədbirin sonunda iştirakçılar tanışlıq məqsədilə Qarğıdalı Emalı Kompleksinə baxış keçiriblər. Burada kompleksin ümumi fəaliyyəti və istehsal prosesi ilə yerində tanışlıq aparılıb.

Keçidlər