Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda “Məişət zorakılığına qarşı hamılıqla mübarizə aparaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

19 dekabr 2025 | 09:45

 Oğuz rayonunda Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Məişət zorakılığına qarşı hamılıqla mübarizə aparaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Sənan Əliyev, Oğuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlhamə Abdullayeva və Oğuz Rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Şükran Cavadzadə hüquqi-maarifləndirici mövzuda çıxışlar edərək hazırda cəmiyyətimizi narahat edən problemli məsələlərdən biri olan məişət zorakılığına qarşı hamılıqla mübarizə aparılmasının, ailə münaqişələri və məişət zorakılığını yaradan amillərin aradan qaldırılmasının və məişət zorakılığının baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülməsinin vacibliyi vurğulanmış, həmçinin baş vermiş gender və uşaq əsaslı zorakılıqlar zamanı “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hansı hüquqi və sosial tədbirlərin görüldüyü tədbir iştirakçılarına izah edilmişdir. Tədbirdə Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq Qrupu" tərəfindən rayonda baş vermiş məişət zorakılığı hallarının araşdırılması, xüsusən qadın və uşaqlara qarşı törədilmiş zorakılıq halları ilə bağlı daxil olmuş müraciətlərə baxılması, məişət zorakılığını törədən və zərərçəkmiş şəxslərlə fərdi söhbətlərin aparılması, zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi və məişət zorakılığına səbəb olan halların aradan qaldırılması sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr iştirakçıların diqqətinə çatdırılmışdır. Tədbirdə həmçinin Oğuz Rayon Polis Şöbəsi tərəfindən məişət zorakılığı ilə bağlı daxil olmuş şikayətlərin araşdırılması zamanı inzibati xəta və ya cinayət əməlinin törədilməsi faktı aşkar edildiyi zaman görülmüş və görüləcək hüquqi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda geniş müzakirə təşkil edilmiş və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər