Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda kümçülər tərəfindən yaş barama tədarükünə başlanılmışdır

20 iyun 2026 | 12:30

Oğuz rayonunda kümçülər tərəfindən yaş barama tədarükünə başlanılıb. Rayonda baramaçılığın inkişafı istiqamətində görülən tədbirlər nəticəsində bu il də məhsuldarlığın yüksək olması gözlənilir.

Kümçülər yetişdirdikləri yaş baramanı qəbul məntəqələrinə təhvil verirlər. Mütəxəssislərin sözlərinə görə, mövsüm ərzində rayon üzrə xeyli miqdarda yaş barama tədarük ediləcək. Baramaçılıq kənd sakinlərinin məşğulluğunun artırılmasında və gəlirlərinin yüksəlməsində mühüm rol oynayır.

Qeyd edək ki, dövlət dəstəyi sayəsində son illərdə ölkədə, o cümlədən Oğuz rayonunda baramaçılığa maraq artıb və bu sahənin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu da yaş barama istehsalının ildən-ilə artmasına şərait yaradır.

Keçidlər