Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Əmək və sosial müdafiə: müasir çağırışlar və rəqəmsal həllər” mövzusunda konfrans keçirilmşdir.

14 mart 2025 | 09:33

    Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda açılış nitqi ilə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdul-Qədirov tədbirin əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan ardıcıl islahatlar, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə işəgötürənlərin məlumatlandırılması, sosial dialoqun inkişafı baxımından əhəmiyyətini bildirib
   Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev iş yerlərində təhlükəsiz və layiqli əmək şəraitinin yaradılması istiqamətində görülən tədbirlər, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinə həmkarlar ittifaqları tərəfindən göstərilən qayğı barədə danışıb.
  Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, dövlət-özəl dialoqunun inkişafı və sahibkarların maraqlarının qorunması istiqamətində görülən işləri vurğulayıb.
   Sonra panel müzakirəsi keçirilib, mövzu ilə bağlı suallar cavablandırılıb.
   Tədbir iştirakçıları Oğuzda keçirilən əmək yarmarkasında da iştirak ediblər. Yarmarkada müxtəlif fəaliyyət sahələri üzrə 13 işəgötürən tərəfindən ümumilikdə 60-dan artıq vakansiya təqdim olunub. Sahibkarlarla birgə dəyirmi masa da keçirilib, onları maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.

Keçidlər