Oğuzda "Konstitusiya və suverenlik ili" ilə əlaqədar növbəti təmizlik aksiyası keçirilib.
12 avqust 2025 | 09:02
11 avqust 2025-ci il tarixdə Oğuz rayon Mənzil İstismar və Kommunal Təsərrüfatı İdarəsi, Calut İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin və Oğuz bələdiyyəsinin iştirakı ilə təmizlik aksiyası keçirilib. Aksiyada yol kənarlarına səpilmiş polietilen torbalar və məişət tullantıları yığılaraq ərazidə qazılmış çuxura daşınmışdır. Həmçinin ərazi xüsusi texnika ilə təmizlənmişdir.







