Oğuzda “Kitab Karvanı Oğuza gəlir” layihəsi keçirilib
20 avqust 2026-cı il tarixində Oğuz rayonunda gənclərin mütaliəyə marağının artırılması, kitab oxuma vərdişlərinin təşviqi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Kitab Karvanı Oğuza gəlir” adlı tədbir keçirilib.
Oğuz Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və təşkilatçılığı ilə keçirilən tədbir Oğuz rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunan tədbir zamanı müxtəlif mövzularda kitabların təqdimatı keçirilib, iştirakçılara mütaliənin əhəmiyyəti barədə məlumat verilib. Gənclər və rayon sakinləri kitablarla tanış olub, mütaliə ilə bağlı fikir və təəssüratlarını bölüşüblər.
Sənətkarların əl işlərindən ibarət təşkil olunmuş sərgi zamanı iştirakçılar müxtəlif sənət nümunələri ilə tanış olub, əl işlərinə böyük maraq göstəriblər.
Tədbirin əsas məqsədi gənclər arasında mütaliə mədəniyyətinin formalaşdırılması, kitaba marağın artırılması, onların dünyagörüşünün zənginləşdirilməsi və asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək olub.
“Kitab Karvanı” layihəsi çərçivəsində keçirilən tədbir iştirakçılarda böyük maraq doğurub və kitabın insan həyatında, xüsusilə gənclərin intellektual inkişafında mühüm roluna diqqət çəkilib.







