Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda "İnsan hüquqları aylığı" çərçivəsində tədbirlər davam etdirilir.

02 iyun 2025 | 18:37

Növbəti tədbir 30.05.2025-ci il tarixdə Oğuz Peşə Məktəbində " "Konstitusiya və İnsan Hüquqları" mövzusunda keçirilmışdır. Tədbirdə Oğuz rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz Sektorunun müdiri, Oğuz Peşə Məktəbinin direktoru və tələbələr iştirak etmişilər.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə "İnsan Hüquqları Günü"kimi qeyd olunduğunu, hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda "İnsan Hüquqları Aylığı" çərçivəsində maarifləndirici tədbirlərin keçirildiyini, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş Konstitusiyamizın ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində əsas hüquqi baza hesab edildiyini qeyd etmişlər. Sonda müxtəlif sahələrdə hüquq və azadlıqların həyata keçirilməsində mövcud məhdudiyyətlər, hüquq pozuntuları və onların aradan qaldırılmasının yolları sahəsində tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər