Oğuzda "İnsan hüquqları aylığı" çərçivəsində növbəti tədbir "Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarımız" mövzusunda keçirilmişdir.
18 iyun 2025-ci il tarixdə “Nail İbrahimli” adına Oğuz şəhər 3 saylı məktəb-liseydə Oğuz Rayon İcra Hakimiyyətinin və Oğuz Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə məktəbin pedoqoji kollektivinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə "İnsan hüquqları aylığı" çərçivəsində "Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarımız" mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Sənan Əliyev və Oğuz Rayon Prokurorunun böyük köməkçisi Aysel Ələkbərova çıxış edərək hər il iyunun 18-nin ölkəmizdə "İnsan Hüquqları Günü"kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda "İnsan Hüquqları Aylığı" çərçivəsində maarifləndirici tədbirlərin keçirildiyini, Konstitusiyamizın ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində əsas qanunvericilik bazası olduğunu və insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu qeyd etmişlər. Sonda hüquq və azadlıqların həyata keçirilməsi, həmçinin hüquqpozmalar və məsuliyyət tədbirləri sahələrində şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.