Oğuzda "İnsan hüquqları aylığı" çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilmişdir
22 may 2026-cı il tarixdə Bucaq kənd tam orta məktəbində Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz Rayon Prokurorluğunun və Oğuz rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə "İnsan hüquqları aylığı" çərçivəsində "Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarımız" mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Ombudsmanın təşəbbüsü ilə hər il ölkəmizdə 18 may-18 iyun tarixinin "İnsan Hüquqları Aylığı" elan olunduğunu, 18 iyun tarixinin "İnsan hüquqları günü" kimi qeyd edildiyini, Konstitusiyanın ölkəmizdə vətəndaşlarımızın hüquq və azadlıqlarını müəyyən edən əsas qanunvericilik bazası olduğunu və insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu şagirdlərin diqqətinə çatdırmışlar. Tədbirdə iştirakçılara həmçinin vətəndaşlarımızın malik olduqları hüquq və azadlıqlarını öyrənmələrinin vacibliyi izah edilərək onların hüquqlarının və mənafelərinin qanunla qorunduğu və hüquqlarının pozulduğu hallarda dövlətimizin müəyyən etdiyi hüquqi müdafiə mexanizmlərindən istifadə etmələrinin zəruriliyi izah edilmiş, hüquq, azadlıq və vəzifələrin anlayışı və mahiyyətindən dialoq şəkilində sual-cavab təşkil edilmiş və sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.







