Oğuzda "İnsan hüquqları aylığı" çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib
4 iyun 2026-cı il tarixdə rayonun Qumlaq kənd tam orta məktəbində "İnsan hüquqları aylığı" çərçivəsində "Uşaq hüquqları nədir və niyə vacibdir?" mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər 18 iyun "İnsan hüquqları günü" ilə əlaqədar Ombudsmanın təşəbbüsü ilə hər il ölkəmizdə 18 may-18 iyun tarixinin "İnsan Hüquqları Aylığı" elan olunduğunu, Azərbaycanda uşaq hüquq və azadlıqlarının əsasən Konstitusiyamız, “Uşaq hüquqları haqqında” Qanun və digər qanunlarla təsbit edildiyini, insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və cəmiyyətimizin uşaq hüquqlarının qorunmasını yalnız hüquqi deyil, həm də mənəvi məsuliyyət olaraq qəbul etdiyini şagirdlərin diqqətinə çatdırmışlar.
Tədbirdə hüquq və azadlığın anlayışı və mahiyyətindən dialoq şəkilində sual-cavab təşkil edilmiş və şagirdlərə onların malik olduqları hüquq və azadlıqlarını öyrənmələrinin vacibliyi izah edilmişdir.







