Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda "İnsan Hüquqları Aylığı" çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

11 iyun 2025 | 09:13

5 iyun 2025-ci il tarixdə Oğuz rayonu Anar Əfəndiyev adına Kərimli kənd tam orta məktəbində Oğuz Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman sektorunun və SHXÇDX-nin Oğuz rayon bölməsinin birgə təşkilatçılığı ilə "İnsan hüquqları aylığı" çərçivəsində "Konstitusiya və İnsan Hüquqları" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə "İnsan Hüquqları Günü"kimi qeyd olunduğunu, hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda "İnsan Hüquqları Aylığı" çərçivəsində maarifləndirici tədbirlərin keçirildiyini, Konstitusiyamizın ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində əsas qanunvericilik bazası olduğunu və insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu qeyd etmişlər. Sonda hüquq və azadlıqların həyata keçirilməsi, həmçinin hərbi vəzifə və hərbi xidmət sahələrində şagirdləri maraqlandıran suallar cavablandırılmışdır

Keçidlər