Oğuzda "İnsan hüquqları aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilmişdir
21 may 2026-cı il tarixdə Oğuz Peşə Məktəbində Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz Peşə Məktəbinin və Oğuz rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə məktəbin pedoqoji heyətinin və tələbələrin iştirakı ilə "İnsan hüquqları aylığı" çərçivəsində "Hüquq və azadlıqlarımız", həmçinin “Məişət zorakılığına və erkən nikahlara yox deyək” mövzularında hüquqi-maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda "İnsan Hüquqları Aylığı" çərçivəsində maarifləndirici tədbirlərin keçirildiyini və insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu qeyd etmişlər. Tədbirdə həmçinin tələbələrə erkən nikahlar və məişət zorakılığı sahəsində müvafiq qanunvericiliyin tələbləri izah edilmiş, bu mövzu üzrə rayonda hüquqi müstəvidə və maarifləndirmə sahəsində görülən işlər qeyd edilmiş və erkən nikahların və məişət zorakılığının mənfi fəsadları tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.







