Oğuzda "İnsan hüquqları aylığı" çərçivəsində "Hüquq və azadlıqlarımızı öyrənək" mövzusunda maarifləndirici tədbir keçirilmişdir
12 iyun 2026-cı il tarixdə Ərmənət kənd tam orta məktəbində Oğuz Rayon İcra Hakimiyyətinin və Oğuz rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə "İnsan hüquqları aylığı" çərçivəsində "Hüquq və azadlıqlarımızı öyrənək" mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Ombudsmanın təşəbbüsü ilə hər il ölkəmizdə 18 may-18 iyun tarixinin "İnsan Hüquqları Aylığı" elan olunduğunu, Azərbaycan Respublikası Konstitusiyasının ölkəmizdə vətəndaşlarımızın hüquq və azadlıqlarını müəyyən edən əsas qanunvericilik bazası olduğunu və insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu şagirdlərin diqqətinə çatdırmışlar. Tədbirdə həmçinin iştirakçılara hüquq, azadlıq və vəzifələrin anlayışı və mahiyyətindən dialoq şəkilində sual-cavab təşkil edilərək vətəndaşlarımızın malik olduqları hüquq və azadlıqlarını öyrənmələrinin vacibliyi və onların qanuni mənafelərinin qanunla qorunduğu izah edilmişdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.







