Oğuzda güclü küləyin törətdiyi fəsadların aradan qaldırılmasına başlanılmışdır
Oğuz rayon ərazisində 13 dekabr 2024-cü il axşam saatlarından başlayan, 14 dekabr 2024-cü il, gecə saatlarında daha da şiddətlənən güclü külək nəticəsində bir sıra icitimai və fərdi tikililərin dam ötrükləri dağılmış iri gövdəli ağaclar aşmış, elektrik enerjisinin və internet şəbəkəsinin verilişində fasilələr yaranmış, magistral, rayon daxili yollarda nəqliyyatın hərəkətində qısamüddətli məhdudiyyətlər meydana gəlmiş, işıqlandırma dirəkləri aşmış, şəhər təsərrüfatına ciddi ziyan dəymişdir.
Rayon İcra Hakimiyyəti və Fövqəladə hallar Nazirliyinin nümayəndələri birlikdə monitrinq apraraq hadisənin fəsadlarının miqyası və görüləcək işlər müəyyənləşdirilmişdir.
Oğuz rayon Polis şöbəsinin və aidiyyəti xidmət təşkilatlarının dəstəyi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində yollarda nəqliyyatın hərəkəti və intertnet şəbəkəsi tam, elektrik enerjisinin verilişi isə əsasən bərpa edilmiş, Oğuz şəhərində təmizlik işləri aparılmışdır.
Hazırda elektrik enerjisinin bütün yaşayış məntəqələrinə verilişi və hasar görmüş dam örtüklərinin bərpası istiqamətində lazımi tədbirlər həyata keçirilməkdədir. Ən qısa müddət ərzində işlərin başa çatdırılması nəzərdə tutulmuşdur.