Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda gender bərabərliyinə həsr olunmuş tədbir keçirilib

24 aprel 2026 | 17:45

Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gender bərabərliyinə həsr olunmuş tədbir keçirilib. İlk öncə Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Oğuz Rayon İcra Hakimiyyəti Başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aliyə Osmanova çıxış edərək gender bərabərliyinin yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin birgə məsuliyyəti olduğunu vurğulayıb. Bildirib ki, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi, qadın və kişilər üçün bərabər imkanların təşviqi, eləcə də mövcud stereotiplərin aradan qaldırılması xüsusi əhəmiyyət daşıyır. Diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” bu istiqamətdə fəaliyyətin daha sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsini təmin edir. Eyni zamanda, Oğuz rayonunda gender bərabərliyi sahəsində fəaliyyətin əlaqələndirilməsi və səmərəliliyinin artırılması məqsədilə Rayon İcra Hakimiyyəti başçısı yanında “Gender bərabərliyi məsələləri üzrə Əlaqələndirmə Qrupu”nun yaradıldığı və bu qurumun yerlərdə gender siyasətinin icrasında mühüm rol oynadığını bildirib. Gender bərabərliyinin təmin edilməsi müasir cəmiyyətin əsas prioritet istiqamətlərindən biri olmaqla yanaşı, insan hüquq və azadlıqlarının qorunması, sosial ədalətin təmin olunması və davamlı inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin vurğulanıb ki, ölkəmizdə bu sahədə ardıcıl dövlət siyasəti həyata keçirilir, qəbul olunmuş qanunvericilik aktları gender bərabərliyinin hüquqi əsaslarını müəyyən edir. Digər çıxış edənlər rayonda gender bərabərliyinin mövcud vəziyyəti, görülən işlər, eləcə də Əlaqələndirmə Qrupunun rolu və perspektivləri barədə, təhsil sahəsində gender bərabərliyinin təşviqi, maarifləndirmə tədbirləri və gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində həyata keçirilən işlərdən, qadınların məşğulluğunun artırılması və iqtisadi fəallığının gücləndirilməsi istiqamətində görülən tədbirlərdən məlumat veriblər. Sonda gender bərabərliyinin təmin olunmasına həsr edilmiş tədbirin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə işlərin davam etdiriləcəyi qeyd olunub.

Keçidlər