Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda "Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə tədbiri keçirilmişdir

02 iyun 2026 | 18:36

2 iyun 2026-cı il tarixdə Oğuz Peşə Məktəbində keçirilmiş tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın İşçi Qrupunun, “Gənclərin Anti-Nakomaniya” İctimai Birliyinin və Oğuz Rayon Polis Şöbəsinin nümayəndələri çıxışlar edərək rayonda antinarkotik təbliğatın daha da gücləndirilməsinin vacibliyi qeyd edilmiş, narkomaniyanın insanların sağlamlığı, düşüncəsi, cəmiyyətdə mövqeyi və gələcəyi üçün təhlükə olduğu, vətəndaşları cinayətə sürükləyərək və cəmiyyətdən təcrid edərək onları nüfuzdan saldığı və bununla da, cəmiyyətimizə, xüsusən də yeniyetmə və gənclərin təlim-tərbiyəsinə olduqca mənfi təsir göstərdiyi vurğulanmışdır.

Tədbirdə həmçinin yeniyetmələrə narkotikdən istifadənin inzibati və cinayət məsuliyyəti izah edilərək narkotik vasitələrdən, spirtli içki və tütün məmulatlarından istifadənin insanların sağlamlığına, mənəviyyatına və sağlam düşüncəsinə vurduğu zərər barədə söhbətlər aparılmış və iştirakçılara bukletlər paylanmışdır.

Keçidlər