Oğuzda erkən nikahlar və məişət zorakılığına qarşı mübarizə mövzusunda tədbir keçirilmişdir
08 may 2026 | 15:06
8 may 2026-cı il tarixdə Oğuz rayonunda erkən nikahlar və məişət zorakılığına qarşı mübarizə mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər tərəfindən şagirdlərə və iştirakçılara erkən nikahlar və məişət zorakılığı sahəsində mövcud qanunvericiliyin tələbləri izah edilmiş, bu istiqamətdə rayonda hüquqi müstəvidə və maarifləndirmə sahəsində həyata keçirilən işlər barədə məlumat verilmişdir. Həmçinin erkən nikahların və məişət zorakılığının cəmiyyət və ailə institutuna mənfi təsirləri iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.







