Oğuzda Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluqçularına üç günlük təlimlər keçirilib
Dövlət İmtahan Mərkəzi tərəfindən Oğuz rayonunda fəaliyyət göstərən dövlət qulluqçuları üçün üç günlük “Ünsiyyət bacarıqlarının inkişafı”, Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi və Cəmiyyətə xidmət psixologiyası-Dövlət qulluqçusunun daxili motivasiyası mövzularında təlimlər keçirilir.
Dövlət İmtahan Mərkəzinin nümayəndələri tərəfindən təşkil olunan təlimlərin məqsədi dövlət qulluqçularının kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi, vətəndaşlarla effektiv ünsiyyətin qurulması və peşəkar fəaliyyət zamanı qarşılıqlı münasibətlərin inkişaf etdirilməsidir.
Təlimlər zamanı iştirakçılara effektiv ünsiyyətin əsas prinsipləri, aktiv dinləmə bacarıqları, verbal və qeyri-verbal kommunikasiya vasitələri, konfliktlərin idarə olunması və komandadaxili münasibətlərin düzgün qurulması barədə ətraflı məlumat verilir. Eyni zamanda müxtəlif praktiki tapşırıqlar və interaktiv müzakirələr təşkil olunur.
Bu cür təlimlərin keçirilməsində əsas məqsəd dövlət qulluqçularının peşəkar bilik və bacarıqlarının artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi və dövlət xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılmasıdır. İştirakçıların sualları cavablandırılır, mövzular ətrafında fikir mübadiləsi aparılır.







