Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda tədbir keçirilib

21 noyabr 2025 | 15:05

21 noyabr 2025-ci il tarixdə,  Oğuz Rayon İcra Hakimiyyətinin akt zalında “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda tədbir keçirilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Roman Əmircanov, Aqrar Sığorta Fondu-Ümumi şöbənin müdiri Əli Əhmədov, Aqrar Sığorta Fondu Şəki-Zaqatala regionu üzrə regional filialının rəhbəri Togrul Həşimzadə, Oğuz DAİM-nin direktoru, İƏD üzrə nümayəndələr, Bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçılarına aqrar sığorta ilə bağlı video çarx nümayiş olunub.

Tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova Oğuz rayonunda kənd təsərrüfatı sahəsinin inkişafı, görülən işlər və aqrar sığortanın əhəmiyyəti barədə məlumat verib.

Digər çıxış edənlər ölkə üzrə görülən işlər, o cümlədən əkin sahələri və meyvə bağlarının sığortası, aqrar sahədəki vəziyyət, fermerlərin üzləşdiyi risklər və aqrar sığortanın əhəmiyyətindən danışaraq Aqrar sığorta mexanizmi haqqında fermerlər və yerli icra qurumları məlumatlandırılmış, əkin sahələri, o cümlədən meyvə bağları və heyvandarlıq təsərrüfatlarının sığorta şərtləri açıqlanmış, fermerlərin sualları cavablandırılaraq təklifləri dinlənilmişdir. Aqrar Sığorta Fondunun (ASF) xidmət və məhsullarının təqdimatı keçirilərək, fermerlərlə müzakirələr aparılmışdır.

Keçidlər