Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda Çernobıl faciəsinin 40-cı ildönümü münasibətilə görüş keçirildi

22 aprel 2026 | 17:25

Çernobıl faciəsinin 40-cı ildönümü münasibətilə Oğuz Rayon İcra Hakimiyyətində anım tədbiri keçirilmişdir.

Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda və Çernobıl faciəsi zamanı həlak olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov dövlət tərəfindən Çernobıl əlillərinə hər zaman yüksək diqqət və qayğı göstərildiyini, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini diqqətə çatdımışdır.

Digər çıxış edənlər Çernobıl qəzasının başvermə səbəbləri, onun ağır nəticələri və dünya tarixində ən böyük texnogen fəlakətlərdən biri kimi qiymətləndirilməsi barədə ətraflı məlumat vermişlər.

Tədbirdə iştirak edən Çernobıl əlilləri onlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər