Oğuzda “Böyük Qayıdış”a dair Birinci Dövlət Proqramının icrası üzrə yaradılmış komissiyanın iclası keçirilmişdir.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək qeyd etdi ki, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş torpaqlara mərhələli və davamlı şəkildə əhalinin qayıdışını təmin etməkdir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu prosesin əsas yol xəritəsini təşkil edir.
Məhz bu mühüm sənədin yerli səviyyədə icrasının təmin edilməsi məqsədilə Oğuz Rayon İcra Hakimiyyəti başçısının 27 fevral 2025-ci il tarixli, 12 saylı sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Bu komissiyanın əsas vəzifəsi – Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Oğuz rayonunun imkanları və resursları çərçivəsində əlaqələndirilməsi, könüllü qayıdış prosesinə dəstək göstərilməsi və rayonun müvafiq strukturlarının bu işlərə cəlb edilməsindən ibarətdir.
Sonra komissiya üzvləri tərəfindən Dövlət Proqramıdan irəli gələn vəzifələrin icrasına dair müzakirələr aparıldı.