Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda birgəyaşayış mədəniyyətinə həsr olunan maarifləndirici tədbir keçirilib

29 aprel 2026 | 16:09

29 aprel 2026-cı il tarixində Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə “Birgəyaşayış mədəniyyəti: sülh, hörmət və anlayış” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Oğuz rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsi və Oğuz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında sülh və dözümlülük ideyalarının təşviqi, qarşılıqlı hörmət və anlayış mühitinin gücləndirilməsi, həmçinin milli-mənəvi dəyərlərə əsaslanan birgəyaşayış mədəniyyətinin təbliği olub.

Görüş zamanı mövzu ətrafında çıxışlar edilib, iştirakçılarla fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb. Natiqlər tərəfindən bildirilib ki, cəmiyyətdə sağlam münasibətlərin formalaşması üçün tolerantlıq, qarşılıqlı hörmət və anlayış kimi dəyərlərin aşılanması xüsusi əhəmiyyət daşıyır.

Tədbirin sonunda bu cür maarifləndirici görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.

Keçidlər