Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

18 aprel 2026 | 10:05

Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Oğuz Rayon Gənclər və İdman İdarəsinin və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə muzeydə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Mədəni irsin müdafiəsi: bu günün çağırışları” adlı seminar keçirilib.

Tədbirdə Oğuz RİH başçısının Oğuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Oğuz Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin Oğuz rayonu üzrə nümayəndəsi, oğuzlu yazar Yusif Rza, Mərkəzi Kitabxananın əməkdaşları, həmçinin şəhər 1 və 2 saylı məktəblərin VII və IX sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Oğuz rayonu qədim tarixə malikdir. Rayon ərazisində Qafqaz Albaniyası dövrünə aid məbədlər və digər tarixi abidələr bu günə qədər qorunub saxlanılıb. Bu abidələr bölgənin zəngin mədəni irsini əks etdirir və həm yerli, həm də xarici turistlər üçün böyük maraq kəsb edir.

Bildirilib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü hər il 18 aprel tarixində qeyd olunur və bu günün əsas məqsədi tarixi abidələrin və mədəni irsin qorunmasının vacibliyinə diqqət çəkməkdir. Qeyd olunub ki, bu əlamətdar gün UNESCO tərəfindən dəstəklənir və dünyanın bir çox ölkələrində müxtəlif tədbirlərlə qeyd edilir.

Tədbir çərçivəsində mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Sonda vurğulanıb ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü tarixi və mədəni irsin qorunmasının əhəmiyyətini insanlara xatırladır, bu sahədə məsuliyyət hissini artırır və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini önə çəkir.

Keçidlər