Oğuzda bələdiyyələrin 2025-ci il üzrə hesabat iclasları keçirilib
Oğuz rayonunda fəaliyyət göstərən Oğuz, Xaçmaz, Kərimli, Qumlaq-Xalxal və Bucaq bələdiyyələrinin 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat iclasları keçirilib. Hesabat iclaslarında bələdiyyələrin il ərzində gördüyü işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi sahədə əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.
Çıxışlar zamanı əhalinin sosial rifahının yaxşılaşdırılması, infrastrukturun inkişafı, abadlıq və quruculuq işləri, eləcə də yerli problemlərin həlli istiqamətində görülən tədbirlər xüsusi vurğulanıb. Eyni zamanda, fəaliyyət dövründə qarşıya çıxan çətinliklər müzakirə olunub, onların aradan qaldırılması məqsədilə təklif və tövsiyələr səsləndirilib.
İclasların sonunda 2026-cı il üçün prioritet istiqamətlər müəyyənləşdirilib, bələdiyyələrin fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı müvafiq tövsiyələr dinlənilib.







