Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi qeyd olunub

12 noyabr 2025 | 16:17

12 noyabr 2025-ci il tarixində Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdul-Qədirov çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının ölkəmizin hüquqi, siyasi və demokratik inkişafında mühüm rolundan danışıb. Qeyd olunub ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya müstəqil dövlətimizin ali qanunu kimi, insan hüquq və azadlıqlarının, vətəndaş cəmiyyətinin əsas təminatına çevrilib.

Daha sonra tədbir iştirakçıları “12 Noyabr – Konstitusiya günü” münasibətilə hazırlanmış sənədli videoçarxı izləyiblər.

Çıxış edənlər – Hüquq şöbəsinin müdiri Sənan Əliyev, YAP Oğuz rayon təşkilatının əməkdaşı Mehman Ramazanov və Bayan kənd tam orta məktəbin direktoru Səidə İsmayılova Konstitusiyanın əhəmiyyəti, onun müstəqil dövlət quruculuğundakı rolu və gənc nəslin hüquqi maarifləndirilməsinin önəmi barədə fikirlərini bölüşüblər.

Sonda tədbir iştirakçıları Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə Azərbaycan xalqına rifah, dövlətçiliyimizə isə əbədilik arzulayıblar.

Keçidlər