Oğuzda akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Oğuz rayonunda Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən tədbir həm elmi, həm də mənəvi baxımdan əlamətdar olub. Tədbir Oğuz Rayon İcra Hakimiyyəti və Oğuz Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir iştirakçıları görkəmli alim və həkimin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edənlər onun Azərbaycan tibb elminə, xüsusilə oftalmologiya sahəsinə verdiyi mühüm töhfələri vurğulayıblar. Zərifə Əliyevanın zəngin elmi irsi, çoxşaxəli fəaliyyəti və mənalı həyat yolu böyük ehtiramla xatırlanıb.
Qeyd edilib ki, akademikin humanizmə əsaslanan yanaşması və peşəkarlığı bu gün də tibb işçiləri üçün nümunədir. Onun fəaliyyəti səhiyyə sahəsində çalışanlar üçün istiqamətverici rolunu qoruyub saxlayır və gələcək nəsillərə örnək olaraq qalır.







