Oğuzda Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş ödənişsiz "Göz müayinəsi" aksiyasına başlanılmışdır.
29 aprel 2025 | 12:18
29 aprel 2025-ci il tarixdə Oğuz Rayon İcra Hakimiyyətinin və Oğuz Rayon Mərkəzi Xəstəxanası birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ödənişsiz "Göz müayinəsi" tibbi profilaktik aksiyasına başlanılıb. Aksiya 30 aprel 2025-ci il tarixində də davam etdiriləcək.