Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda “Ağıllı Şəhər” mövzusunda innovativ memarlıq tədbiri keçirilib

22 may 2026 | 14:33

Oğuz Rayon İcra Hakimiyyəti, Oğuz Rayon Heydər Əliyev Mərkəzi və Oğuz Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə şəhərsalma və memarlıq ilinə həsr olunmuş “Şəhərsalma Salnaməsi: Dünənin İrsi, Sabahın Memarlığı” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində ilk olaraq şagirdlərin şəhərsalma və memarlıq sahəsində bilik və dünyagörüşünü qiymətləndirmək məqsədilə intellektual yarış təşkil olunub. Yarış iştirakçıları mövzu üzrə müxtəlif sualları cavablandıraraq öz hazırlıq səviyyələrini nümayiş etdiriblər.

Daha sonra məktəblilərin yaradıcılıq və praktiki bacarıqlarını üzə çıxarmaq üçün onlara xüsusi avadanlıqlar təqdim edilib. İştirakçılar 15 dəqiqə ərzində müasir “ağıllı şəhər” konsepsiyasına uyğun memarlıq abidələrinin maketlərini hazırlayıblar. Hazırlanan layihələr innovativ yanaşma, funksionallıq və estetik görünüş baxımından qiymətləndirilib.

Tədbirin sonunda həm intellektual yarışın, həm də “Ağıllı Şəhər” praktiki memarlıq təqdimatının qalibi olan komandalar qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbirin əsas məqsədi gənclərdə şəhərsalma, memarlıq və innovativ düşüncə bacarıqlarını inkişaf etdirmək, onların bu sahəyə marağını artırmaq olub.



Keçidlər