Oğuzda 8 Noyabr-Zəfər Gününün beşinci ildönümü qeyd olunub
Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri 8 noyabr Zəfər Günün 5-ci il dönümü münasibətilə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranlar, rayon ictimaiyyətinin nümayəndələri Oğuz şəhər Şəhidlər Xiyabanında və Xaçmaz kənd Şəhidlər Xiyabanında vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarlarını və xatirələrinə inşa edilmiş abidəni ziyarət etmiş, məzarların və abidənin üzərinə güllər düzmüş, ruhlarına öz ehtiramlarını bildirmişlər.







