Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü qeyd olunub

07 noyabr 2025 | 16:24

07 noyabr 2025-ci il tarixdə Oğuz Rayon Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə təntənəli ümumrayon tədbiri keçirilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, kollektivlər, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və qazilər, eləcə də rayon ictimaiyyəti iştirak edib.

Oğuz rayon Mədəniyyət mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Zəfər yolunu əks etdirən və 06 noyabr 2025-ci il tarixdə şəhid ailələrinin Qarabağa Zəfər turu ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin Azərbaycan xalqının birliyi, ordunun qəhrəmanlığı və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində mümkün olduğu vurğulayıb. Şəhidlərin igidliyi xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.

Digər çıxış edənlər YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, şəhid atası Arif Məmmədov və Vətən müharibəsi iştirakçısı Nurlan Babayev Azərbaycan ordusunun 44 Günlük Vətən Müharibəsindəki Azərbaycan Xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından, ölkə Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və Müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunmasından danışdılar.

Çıxışlardan sonra Nail İbrahimli adına Oğuz şəhər 3 saylı məktəb-liseyin şagirdləri tərəfindən Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib. Tədbirin bədii hissəsində isə rayon mədəniyyət müəssisələrinin kollektivləri və məktəblilər tərəfindən Vətənə, orduya və şəhidlərə həsr olunmuş mahnılar, şeirlər və səhnəciklər səsləndirilib.

Sonda vətən müharibəsində göstərdiyi qəhrəmanlığa və böyük Zəfərin əldə olunmasında xidmətlərinə görə, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər rayon icra hakimiyyəti başçısı tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif edilib.

İştirakçılara xatırladılıb ki, 8 Noyabr – Zəfər Günü xalqımızın qürur və zəfər rəmzidir, dövlətimizin daim güclü və qalib olması arzu olunub.

Keçidlər