Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə ümumrayon tədbiri keçirilib

03 oktyabr 2025 | 14:56

Oğuz Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional təhsil idarəsinin Oğuz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Şəki-Zaqatala Regional təhsil idarəsinin müdiri Günay Mahmudova, YAP Oğuz rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, rayonun ümumtəhsil məktəblərinin, uşaq bağçalarının və məktəbdənkənar müəssisələrin rəhbərləri, müəllimlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Oğuz rayon Mədəniyyət mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək, ölkədə təhsilin inkişafına göstərilən dövlət dəstəyindən, Ulu Öndər Heydər Əliyevin hər zaman müəllimə yüksək qiymət verdiyindən, Prezident cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi uğurlu islahatlardan və bu islahatların Azərbaycan təhsilinə qazandırdığı uğurlardan geniş və ətraflı məlumat verib.

Tədbirdə çıxış edən digər natiqlər də “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə müəllimləri təbrik edərək, onlara xoş arzularını çatdırıblar.

Sonra təhsildə fərqlənən bir qrup müəllim Oğuz Rayon İcra Hakimiyyətinin, rayon üzə Təhsil sektoru və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Oğuz rayon Komitəsinin Fəxri Fərmanları və xatirə hədiyyələri ilə təltif ediliblər.

Keçidlər