Oğuzda “3 dekabr - Beynəlxalq Əlillər Günü” münasibəti ilə Şirvanlı kənd sakini Camalov İspəndiyar Zahid oğlu ziyarət edildi
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov “3 dekabr - Beynəlxalq Əlillər Günü” münasibəsi ilə Şirvanlı kənd sakini Camalov İspəndiyar Zahid oğlu ilə görüşmüş, onun qayğıları ilə maraqlanmış və bildirmişdir ki, ölkəmizdə əlillər, sağlamlıq imkanı məhdud insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur və əlil insanların sosial müdafiəsinin gücləndirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Ölkəmizdə əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması istiqamətində davamlı iş aparılır, müvafiq dövlət proqramları icra olunur. İspəndiyar Camalov ona və bütün əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, 1939-cu ildə anada olan İ.Camalov ömrünün 40 ilini kolxozda traktorçu kimi, çalışmış, hal-hazırda isə 1-ci dərəcəli gözdən əlildir.