Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda “26 iyun - Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş maarifləndirmə tədbiri keçirilmişdir

25 iyun 2026 | 19:01

25 iyun 2026-cı il tarixdə Oğuz Rayon İcra Hakimiyyətinin və Oğuz Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Oğuz Rayon Mədəniyyət Mərkəzində keçirilmiş tədbirdə çıxış edənlər narkomanlığın insan həyatına, cəmiyyətə nə qədər ziyanlı və məhvedici təsir etdiyini, narkotik alverçilərinin əksər vaxtlarda məktəbli və yeniyetmələri özlərinə istifadəçi və daşıyıcı seçdiklərini, bu səbəbdən də, narkomaniyaya qarşı mübarizənin xüsusən təhsil müəssisələrində aparılmasının vacibliyini vurğulamışlar.
Tədbirdə yeniyetmələrə narkotikdən istifadənin inzibati və cinayət məsuliyyəti izah edilərək narkotik vasitələrdən, həmçinin spirtli içki və tütün məmulatlarından istifadənin insanların sağlamlığına, mənəviyyatına və sağlam düşüncəsinə vurduğu zərər barədə söhbətlər aparılmış və bu kimi zərərli vərdişlərdən uzaq durmaları tövsiyə edilmişdir.
Sonda narkotik vasitələrdən və digər zərərli vərdişlərdən istifadənin məsuliyyəti barədə yeniyetmələri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər