Oğuzda “26 iyun Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilib
Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Oğuz Gənclər və İdman sektorunun və Oğuz Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Oğuz Rayon Mədəniyyət Mərkəzində “26 iyun Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə narkomaniyaya qarşı istər hüquqi müstəvidə, istərsə də maarifləndirmə yolu ilə mübarizə aparılması hazırda dövlət siyasətimizin prioritet məsələlərindən biri olduğu qeyd edilmişdir. Tədbirin əvvəlində iştirakçılara maarifləndirici bukletlər payanmışdır. Tədbirdə çıxış edənlər narkomanlığın insana, xüsusən də yeniyetmələrə göstərdiyi mənfi təsirindən söhbət açaraq narkomanlığın yayılmasının qarşısının alınmasının, onun mənfi fəsadlarının diqqətə çatdırılmasının və narkomaniyanın acı fəsadlarının aradan qaldırılmasının vacibliyini xüsusi qeyd etmişlər. Tədbirdə narkomanlığın insan həyatına, cəmiyyətə nə qədər ziyanlı və məhvedici təsir etdiyini, narkotik alverçilərinin əksər vaxtlarda yeniyetmə və məktəbliləri özlərinə daşıyıcı və qurban seçdiklərini, bu səbəbdən da, narkomaniyaya qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi vurğulanmışdır. Şagirdlərə həmçinin spirtli içkidən və tütün məmulatlarından istifadənin insan sağlamlığına, düşüncəsinə və cəmiyyətə vurduğu zərərdən söhbət aşılmış və bu kimi neqativ hallara qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi vurğulanmışdır. Sonda narkotikadan və pis vərdişlərdən istifadənin məsuliyyəti barədə yeniyetmələri maraqlandıran suallar cavablandırılmışdır.