Oğuzda 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə şəhidlərin məzarları ziyarət edilmişdir
20 yanvar 2025 | 14:07
20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə Oğuz rayon İcra hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, rayon ictimaiyyəti, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərlərı və kollektivləri, məktəblilər Oğuz şəhərində və Xaçmaz kəndində yerləşən “Şəhidlər xiyaban”larında toplaşmışlar. Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərin ruhuna dualar oxunmuş, qəbirləri üzərinə gül-çiçək dəstələri düzülmüşdür. Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə rayonun müxtəlif yaşayış məntəqələrindəki şəhid məzarlarını ziyarət etmiş, şəhidlərin yaxınları ilə görüşmüşlər.