Oğuzda 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir.
20 yanvar 2025 | 11:52
20 Yanvar faciəsinin 35-ci il dönümü münasibətilə Respublikamızın hər yerində olduğu kimi Oğuz rayonunda da silsilə tədbirlər keçirilmişdir. Rayonun orta ümumtəhsil məktəblərində, Tarix-Diyarşünaslıq muzeyində, Heydər Əliyev mərkəzində keçirilən tədbirlərdə Azərbaycanın xalqının azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilmiş, ədəbi bədii kompozisiyalar səsləndirilmiş, video çarxlar nümayiş etdirilmişdir