Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda “2 Fevral - Azərbaycan Gənclər Günü” qeyd olunub

02 fevral 2026 | 17:46

02 Fevral 2026-cı il tarixdə, Oğuz rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir.

Tədbirlər çərçivəsində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, rayonun idarə və təşkilatlarında çalışan, eləcə də fəal gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anmışlar.

Daha sonra Oğuz Sarayda gənclərin bilik və bacarıqlarını nümayiş etdirməsi məqsədilə intellektual yarış təşkil olunmuşdur. Yarışda komandalar yüksək fəallıq göstərmiş, gənclərin intellektual potensialı diqqət çəkmişdir.

Sonda qalib komanda müəyyən edilmiş, rayonun ictimai həyatında fəal iştirak edən bir qrup gənc Oğuz Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təltif olunmuşdur.

Bu cür tədbirlər gənclərin inkişafına, ictimai fəallığının artırılmasına və vətənpərvərlik ruhunun gücləndirilməsinə mühüm töhfə verir.

Keçidlər