Oğuzda 13 fevral Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd olunub
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar 13 fevral 2026-cı il tarixdə Oğuz rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin rəisi, mayor Eltun Musayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin işçiləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anmışlar. Sonra rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin işçilərini peşə bayramları münasibətilə təbrik edərək, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışını təmin etmək kimi məsuliyyətli və şərəfli peşələrində uğurlar arzuladı.







