Oğuzda 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu.
Prokurorluq işçilərinin peşə bayramı günü ilə əlaqədar 1 oktyabr 2025-ci il tarixdə Oğuz rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, rayon Prokuroru Emil Kərimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun işçiləri Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər düzdülər.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara bundan sonra da digər dövlət təşkilatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkarlardan qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yeni-yeni uğurlar arzuladı.







