Oğuzda 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə görüş keçirilib
01 oktyabr 2025 | 17:51
1 oktyabr 2025-ci il tarixində Beynəlxalq Ahıllar Günü ilə əlaqədar olaraq Oğuz rayonunda yaşayan ahıl ailələr ziyarət olunub.
Bu çərçivədə uzun illər təhsil sahəsində çalışmış 78 yaşlı Şirinov Əmir Mikayıl oğlunun, eləcə də poçt sahəsində uzun müddət fəaliyyət göstərmiş 76 yaşlı Qədirova Minayə Aslan qızının ailələrinə baş çəkilmişdir.
Görüşdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, eləcə də Oğuz şəhər İƏD üzrə nümayəndə Bünyad Məmmədov iştirak ediblər.
Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirova minnətdarlıq ifadə ediblər.







