Oğuz RİH əməkdaşları məktəblilərlə maarifləndirici görüşlər keçirib
Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşları tərəfindən rayonun ümumtəhsil müəssisələrində buraxılış və qəbul imtahanları ərəfəsində məktəblilərlə maarifləndirici görüşlər təşkil olunub.
Görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərdə imtahan öncəsi yaranan həyəcan və psixoloji gərginliyin azaldılması, onların özünəinamının artırılması və imtahan prosesinə daha hazırlıqlı yanaşmalarına dəstək göstərmək olub.
Tədbir zamanı şagirdlərlə səmimi söhbətlər aparılıb, imtahan həyəcanının təbii hal olduğu bildirilib. Qeyd olunub ki, düzgün hazırlıq, vaxtın səmərəli planlaşdırılması və psixoloji hazırlıq vasitəsilə bu gərginliyi azaltmaq mümkündür.
Eyni zamanda, şagirdlərə imtahan dövründə sağlam həyat tərzinin qorunması, düzgün istirahət, müsbət düşüncə və özünə inamın vacibliyi barədə tövsiyələr verilib.
Görüş çərçivəsində şagirdlərin sualları cavablandırılıb, onların fikir və narahatlıqları dinlənilib. Bildirilib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi gənclərin psixoloji dayanıqlığının artırılmasına və onların gələcək uğurlarına müsbət təsir göstərir.







