Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonunun Xaçmaz kəndində 8 Noyabr-Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

05 noyabr 2025 | 18:03

Oğuz rayonunun Xaçmaz kəndində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Xaçmaz kənd Şəhidlər xiyabanı ziyarət olunub, şəhid məzarları üzərinə gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra tədbir M.F.Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbin akt zalında davam etdirilib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, şəhid ailələri, qazilər, müəllimlər, kənd sakinləri və məktəblilər iştirak ediblər.

Çıxış edən natiqlər Zəfər Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən danışıblar.

Məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya, vətənpərvərlik mövzusunda şeirlər və mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər