Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonunda Xocalı sakinləri ilə görüş keçirilmişdir

26 fevral 2025 | 13:03

   Fevralın 26-da YAP Oğuz rayon təşkilatında Oğuz rayonunda məskunlaşmış Xocalı sakinləri ilə görüş təşkil olunmuşdur.
   Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
   Görüşdə çıxış edənlər bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

   44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Artıq Oğuz rayonunda məskunlaşmış bir qrup Xocalı sakini doğma yurduna geri dönüb.

   Çıxış edən Xocalı sakinləri Respublikamızın süverenliyinin bərpası istiqamətində xidmətlərinə görə Ali Baş Komandan Prezidentimiz cənab İlham Əliyev başda olmaqla xalqımıza, rəşadətli ordumuza minnətdarlıqlarını bildiriblər. 

    Sonda  Xocalı sakinlərinə Rayon İcra Hakimiyyəti tərəfindən yardımlar göstərilmişdir.

Keçidlər