Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonunda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 56- cı ildönümünə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir

14 iyul 2025 | 16:58


Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin Oğuz şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.
Çıxış edənlər qeyd etdilər ki, 1969-cu ilin 14 iyulu – bütün bir xalqın taleyini dəyişən, Azərbaycan tarixinin dönüş nöqtəsi olan möhtəşəm başlanğıcdır. Məhz həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə milli dirçəlişin, dövlətçilik ənənələrinin bərpasının, iqtisadi inkişafın, mədəni yüksəlişin və gələcək müstəqilliyimizin təməli qoyuldu.
Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan təkcə iqtisadi və sosial cəhətdən deyil, ideoloji, milli özünüdərk və milli kimlik baxımından da tamamilə yeni mərhələyə qədəm qoydu. O, yalnız bir lider deyil, xalqın gələcəyinə yön verən strateq, dövlət quruculuğunun müəllifi, müstəqil Azərbaycanın memarıdır.
Bu gün, həmin tarixi gündən 56 il ötür. Amma o günün verdiyi təkan, yaratdığı ruh, açdığı yol bugünkü güclü Azərbaycanı formalaşdırdı. Heydər Əliyevin atdığı hər addım, söylədiyi hər fikir bu millətin sabahına işıq tutdu.

Keçidlər