Oğuz rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
10 may 2025 | 13:39
İlk öncə Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-qədirov Ümumilli liderin xalqımız və vətənimiz qarşısındakı misilsiz xidmətlərindən söz açaraq bildirib ki, məhz Ulu Öndər Heydər Əliyev xalqın ən çətin dövründə xilaskarlıq missiyasını üzərinə götürərək xalqını və dövlətini bəllalardan qutarmış, ictimai-siyasi sabitliyi bərpa etmiş, güclü iqtisadi dayaqlar yaratmış, ölkənin hərtətəfli inkişafına nail olmuşdur.
Daha sonra tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.