Oğuz rayonunda “Turizm Sənayesində Dövlət-Özəl Əməkdaşlığı və Şəbəkələşmə” tədbiri keçirilmişdir.
20 avqust 2025-ci il tarixdə Şəki Regional Turizm İdarəsinin təşkilatçılığı ilə Oğuz şəhəri "AFRA" hoteldə “Turizm Sənayesində Dövlət-Özəl Əməkdaşlığı və Şəbəkələşmə” tədbiri keçirilmişdir.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, Oğuz, Zaqatala, Balakən rayonlarında fəaliyyət göstərən özəl sektor təmsilçiləri iştirak etmişdirlər.
Məqsəd turizm sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, dövlət və özəl sektor arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı informasiya mübadiləsinin təşviqi və regionun turizm potensialının birgə dəyərləndirilməsi olmuşdur.
Tədbirin birinci hissəsində panel müzakirələr aparılmış, iştirakçılar arasında geniş fikir mübadiləsi və interaktiv sual-cavab sessiyası keçirilmişdir.Həmçinin Oğuz rayonunun inkişaf istiqamətlərini əks etdirən “Turizm İnkişaf Konsepsiyası” təqdim olunmuşdur.
Tədbirin ikinci hissəsində Oğuz, Zaqatala, Balakən rayonlarının turizm sənaye nümayəndələri turizm sahəsində gördükləri fəaliyyətləri, planları, təklifləri barədə çıxış etmiş və öz təqdimatlarını nümayiş etdirmişlər. Tədbirin yekununda Şəki Regional Turizm İdarəsinin rəhbərliyi iştirakçılara təşəkkür edərək, dövlət-özəl tərəfdaşlığının daha da gücləndirilməsinin regional turizmin inkişafında vacib rol oynadığını vurğulamış və turizm sahəsinin inkişafına töhfə vermiş turizm subyektlərinə təşəkkürnamə təqdim edərək işlərində uğurlar arzu etmişdir.







