Oğuz rayonunda şəhid övladı doğum günü münasibətilə ziyarət edildi
30 aprel 2025 | 18:55
Oğuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları şəhid Zaməddinov Fərid İmran oğlunun övladı Zaməddinli Nəzrin Fərid qızının doğum günü münasibətilə ailəsini ziyarət etmişdir. Görüş zamanı Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovun təbrikləri şəhid ailəsinə çatdırılmış, ailəyə diqqət və qayğının daim davam etdiriləcəyi vurğulanmışdır.