Oğuz rayonunda “Narkomaniyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa təşkil edilmişdir
1 iyul 2026-cı il tarixdə Oğuz Rayon İcra Hakimiyyətinin və “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın İşçi Qrupunun birgə təşkilatçılığı ilə müzakirə formatında təşkil edilmiş tədbirdə Oğuz RİH yanında “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyası” üzvlərinin və “İşçi Qrupu”nun məsul nümayəndəsinin çıxışları dinlənilmişdir.
Tədbirdə narkomaniyaya qarşı mübarizə aparılmasının hazırda dövlətimizin əsas prioritet məsələlərindən biri olduğu və narkotik vasitələrdən istifadənin və narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən hüquqi müstəvidə görülən işlərlə yanaşı, həmçinin bu sahədə aparılan maarifləndirmə işinin vacibliyi vurğulanmışdır. Tədbirdə Oğuz rayonunda narkomanlığa qarşı mübarizə sahəsində Oğuz Rayon Polis Şöbəsinin öz fəaliyyətini daha gücləndirdiyi, bu sahədə rayonda aparılmış təbliğat işlərinin və profilaktik tədbirlərin səmərəliliyinin artırıldığı və qeyd olunmuş sahədə aidiyyəti hüquq-mühafizə orqanları və dövlət strukturları ilə yanaşı ictimaiyyətimizinin də fəal iştirak etməli olduğu xüsusi qeyd olunmuşdur.
Sonda narkomanlığın profilaktikası sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.







